Laçın rayonunun Bozlu kəndindən məcburi köçkün olan Hüseyn Oruc oğlu Rəfiyev ata-baba yurdunu, anadan olduğu evi ziyarət edib.
Bizim.Media xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin hazırladığı videoçarxda o, səfər təəssüratını bölüşüb, bu yerlərdə aparılan bərpa-quruculuq işlərinə münasibət bildirib.
Tezliklə doğma yurda qayıtmağa hazırlaşan Hüseyn Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
Ərazisi işğaldan azad olunmuş rayonların sakinləri ilə müsahibələr əsasında videoçarxların hazırlanması davam etdirilir.
Bizim.Media