Sabir Rüstəmxanlı “Ədəbiyyat qəzeti”x9dndən gileyləndi

Sabir Rüstəmxanlı “Ədəbiyyat qəzeti”x9dndən gileyləndi

Hazırda oxunan: Sabir Rüstəmxanlı “Ədəbiyyat qəzeti”x9dndən gileyləndi

139307
Bu günlərdə 70 illik yubileyini qeyd edən Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Yazıçılar Birliyinin rəsmi orqanı olan “Ədəbiyyat qəzeti”x9dnin biganəliyindən gileylənib.

“Mənə qalsa 70 yaşın üstündən səssizcə keçib gedərdim. Az yaş deyil ki! Nəyinə sevinəsən! Ancaq mümkün olmadı. Ay boyu bu münasibətlə Azərbaycan və Türkiyədə görüşlərə dəvət etdilər, dünyanın çeşidli yerlərindən çoxlu təbrik məktubu, teleqramlar aldım; mətbuat orqanlarında onlarla biri -birindən dəyərli məqalə dərc olundu”x9d.xa0

Moderator.az-ın məlumatına görə, S.Rüstəmxanlı deyib ki, may ayının 25-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Akademik Milli Dram Teatrında onun 70 illiyi ilə bağlı çox maraqlı bir tedbir keçirib, ancaq təbir mətbuatın diqqətindən kənarda qalıb.xa0

“Teatra bir axın vardı. Salonda yer olmadığından yüzlərlə insan teatrın qarşısından geri qayıdası oldu”x9d deyən şair tədbirdə yüksək səviyyəli qonaqların iştirak etdiyini bildirib.xa0

“Təəssüf ki, o gecə haqqında yazılan məlumat səthidir. Hətta mənə doğma olan, redaksiya heyətinin üzvü olduğum "Ədəbiyyat qəzeti"ndə çıxışçıların adı çəkilməyib, çəkilənlərin adları da yanlış yazılıb. Qonaqlar bu tədbirdə iştiraklarının qeyd olunduğu ədəbi orqanla maraqlananda onlara qəzet verə bilmədim. Halbuki, gələnlər təsadüfi adamlar deyildilər və "Ədəbiyyat qəzeti" bu fürsəti dəyərləndirib onların hər biriylə ədəbi əlaqələrimiz barədə söhbətlər edə bilərdi. Ancaq qəzet başqa informasiya agentliyinin alayarımçıq məlumatını dərc etməklə işini bitmiş saydı”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO