Musiqili Teatr “Multikulturalizm ili”x9d çərçivəsində Masallı rayonunda çıxış edib

Musiqili Teatr “Multikulturalizm ili”x9d çərçivəsində Masallı rayonunda çıxış edib

Hazırda oxunan: Musiqili Teatr “Multikulturalizm ili”x9d çərçivəsində Masallı rayonunda çıxış edib

137986
Azərbaycan Dövlət Musiqili Teatrı 23 may 2016-cı il tarixində Masallı rayonunda çıxış edib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər”x9d iki hissəli musiqili nağıl-tamaşası Masallı rayon Mədəniyyət Evində balaca tamaşaçılara təqdim olunub. “Dəcəl çəpişlər”x9d tamaşası Azərbaycanın əbədiyaşar sənətkarlarından olan Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm”x9d əsərinin motivləri əsasında hazırlanıb.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili”x9d elan olunub. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili”x9d elan edilməsinə dair Tədbirlər Planı”x9dnın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrası ilə əlaqədar 20.04.2016-cı il tarixli əmr imzalayıb. Əmrə əsasən il boyu ölkənin müxtəlif bölgələrində mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub. Teatrımızın cari repertuarındakı O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər”x9d iki hissəli musiqili nağıl-tamaşasının Masallı rayon Mədəniyyət Evində nümayişi də “Multikulturalizm ili”x9d ilə bağlı Tədbirlər Planının tərkib hissəsidir”x9d, -deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazova, rejissor-assisenti Elməddin Dadaşovdur. Tamaşada rolları Güldanə Əzimova, Ağaxan Şərifov, Gülçöhə Abdullayeva, Şaban Cəfərov, Əmrah Dadaşov, Fərid Rzayev, Elnarə Nağdəliyeva və Gülnarə Əzizova ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO