Bakı Marafonu 2016 müxtəlif millətlərdən olan insanları vahid məqsəd naminə Bakıda toplamış möhtəşəm hadisədir.
xa0
Moderator.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bildirib.
xa0
Nazir deyib: "Ümid edirəm bu, gözəl ənənəyə çevriləcək və gələcəkdə gözəl şəhərimizə dünyanın hər yerindən insanları cəlb edəcək. Bütün bunların Azərbaycanın Dövlət bayrağı fonunda baş verməsi çox əladır. Burada gözəl ab-hava var".
xa0
Marafonda hansı nəticələr göstərməyə ümid etməsi sualına isə nazir cavabında deyib ki, 1,5 saat duruş gətirməyə ümid edir.
xa0
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.
xa0
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.



































































































