"MN bilmir döyüşsün, yoxsa Təhsil Nazirliyinin funksiyasını yerinə yetirsin"

Hazırda oxunan: "MN bilmir döyüşsün, yoxsa Təhsil Nazirliyinin funksiyasını yerinə yetirsin"

133315
"Müdafiə Nazirliyimizin belə bir çağırış verib ki, “İşğaldan azad olunmuş torpaqlara səfər edən dövlət, qeyri-hökumət təşkilatları, ictimaiyyət, media nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri olduqları ərazilərdə apardıqları foto və videoçəkilişlərini, təəssüflər olsun ki, internet informasiya resursları vasitələri ilə yayırlar. 

Bu foto və videoların yayılmasının müdafiə maraqlarımıza zidd olmasını, hazırda ön xətdə yerləşən hərbi qulluqçularımızın təhlükəsizliyinə təhdid yaradacağını, eləcə də düşmən kəşfiyyatı üçün maraqlı olduğunu nəzərə alaraq sosial şəbəkələrdə şəxsi profillərdə mövcud olan görüntülərin təcili surətdə silinməsi xahiş olunur, gələcəkdə yerləşdirilməməsi təkidlə tövsiyə edilir və nazirlik olaraq hamılıqla bu tədbirdə yaxından iştirak edilməsinə çağırırıq”x9d. Ötən gün qaldırdığım məsələnin təqribən davamıdır. Ermənilər Avropa Şurasında hər gələnə sosial şəbəkədə yayıldığı iddia olunan "kəsilmiş erməni" başını nümayiş etdirirlər. 

Topa-topa büroşurlar yayırlar. İndi bizim Müdafiə Nazirliyinin yuxarıdakı məzmunda çağırışının loru dildə açıqlaması belədir: "Ay vətəndaşlar, nə olar, bu yolla vətənpərvərliyinizi gözə soxmağa çalışmayın." Yaxud da "ay uşaqlar, dondurmanı yeyəndən sonra kağızını yerə atıb zibilləməyin!" Müdafiə nazirliyinin bu çağırışı ibtidai sinifdə dərs deyən müəllimin uşaqlara acizanə xahişinə bənzədi. Nazirliyimizə ürəyim acıdı, bilmirlər düşmənlə döyüşsünlər, yoxsa Təhsil Nazirliyinin funksiyasını yerinə yetirsinlər..."

Fazil Mustafa, millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO