700 bal toplayan şəhidimiz dəfn olundu  - FOTO/VİDEO

700 bal toplayan şəhidimiz dəfn olundu - FOTO/VİDEO

Hazırda oxunan: 700 bal toplayan şəhidimiz dəfn olundu - FOTO/VİDEO
130599
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Cəbhə xəttində gedən döyüşlərdə erməni təxribatının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun əsgəri Orucov Müşfiq Arif oğlu dəfn olunub.

Ötən gecə yaşadığı ünvana gətirilən şəhidin cənazəsi bu gün Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud”x9d qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Xətai və Zəngilan Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri və rayon ictimaiyyətinin, Təhsil Nazirliynin nümayəndələri də iştirak edib.

Mərasimdə “Qarabağ bizimdir, bizim olacaq!”x9d, “Şəhidlər ölməz, vətən bölünməz!”x9d və başqa şüarlar səsləndirilib. 

Tabuta sərilən döyüş bayrağı şəhidin atası Arif Orucova təqdim olunub. Sonra 3 dəfə yaylım atəşi açılıb. 

Qeyd edək ki, 1994-cü il təvəllüdlü M. Orucov 2015-ci ilin iyun ayında Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb. 

Qeyd edək ki, Müşfiq Orucov vaxtilə ali məktəbə qəbul imtahanında 700 bal toplayıb.(azvision.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO