
- A-
- A
- A+
Cəmiyyət
16:50 / 17.03.2016
1 dəq oxunma
Akif Muradverdiyev də həbsdən azad edildi...
Hazırda oxunan: Akif Muradverdiyev də həbsdən azad edildi...
127287
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Moderator.az saytı xəbər verir ki, ölkə başçısının sərəncamı ilə azadlığa buraxılanlar arasında eks-məmur, prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev də var.
Akif Muradverdiyev 2013-cü ilin iyun ayında tutulub, Xəzər Rayon Məhkəməsinin həmin il dekabrın 13-də çıxardığı qərarla qaçaqmalçılıqda təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi 2014-cü il fevralın 12-də bu hökmü qüvvədə saxlayıb. Apelyasiya Məhkəməsinin hökmündən Ali Məhkəmə şikayət verilib. Ali Məhkəmə də Apelyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. xa0
Akif Muradverdiyev 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılırdı.
Akif Muradverdiyev prezidentin işlər müdiri vəzifəsindən azad edilən vaxt - 2005-ci ilin oktyabrında da tutulmuşdu. O zaman dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən, sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı. Ali Məhkəmə onun cəzasını 5 il sınaq müddətli şərti cəza ilə əvəz etmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən
































































































