“Vaxtilə müdafiəçisi olduğum adamların arasında Xaliq Əhmədzadə adlı vətəndaş olmayıb”x9d

“Vaxtilə müdafiəçisi olduğum adamların arasında Xaliq Əhmədzadə adlı vətəndaş olmayıb”x9d

Hazırda oxunan: “Vaxtilə müdafiəçisi olduğum adamların arasında Xaliq Əhmədzadə adlı vətəndaş olmayıb”x9d
126245
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Tanınmış hüquqşünas Qurban Məmmədov mətbuatda geniş rezonansa səbəb olmuş məsələ - Yadigar Türkelin AMEA Fəlsəfə və Hüquq İnstitutundan qovulmasından sonra adıçəkilən qurum ətrafında yaranmış son vəziyyətlə bağlı Moderator.az əməkdaşının bir neçə sualını cavablandırıb:

- Qurban bəy, “Azadlıq”x9d-ın 11 mart 2016-cı il tarixli sayında “Fəlsəfə və Hüquq İnstitutunda nələr baş verir?”x9d adlı məqalə dərc edilib. Məqalədə göstərilib ki, “1996-cı ildə Yasamal Rayon Məhkəməsində hakim Hidayət Süleymanovun sədrliyi ilə Xaliq Əhmədzadənin dələduzluq işinə baxılıb və məhkum edilib. Vəkili Qurban Məmmədov olub. Bu barədə nə deyə bilərsiniz?

- Əvvəla, 28 oktyabr 1988-ci il tarixli “Avropa vəkillərinin davranış Kodeksi”x9dnin xa02.3.2-ci xa0və 2.3.3-cü yarımbəndlərinə, "Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında" xa024.11.2006-cı il tarixli Xartiyaya, eləcə də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 08 dekabr 2012-ci il tarixli Konfransı tərəfindən təsdiq olunmuş “Vəkillərin davranış qaydaları haqqında əsasnamə”x9dnin xa08.3-cü yarımbəndinə əsasən, “vəkil öz peşə funskiyalarının icrası ilə bağlı daxil olmuş məlumatların konfidensiallığına hörmət etməlidir, vəkil vəzifələrinin icrası ilə bağlı fıziki şəxslərin, habelə dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir və belə məlumatların konfidensiallığının təmin edilməsi zamanla məhdudlaşmır”x9d. Bu sonuncu prinsipin mahiyyətinə görə, vəkilin müştərisi qarşısındakı məsuliyyəti onlar arasında bağlanılmış müqavilə qüvvədən düşdükdən sonra da davam edir.
xa0
İkincisi isə, tam məsuliyyətimlə bildirirəm ki, qeyd etdiyiniz məqalədə iddia edildiyi kimi, mənim vaxtilə müdafiəçisi olduğum adamların arasında Xaliq Əhmədzadə adlı vətəndaş olmayıb. Ümumiyyətlə, istər mülki işlərdə, istərsə də Vəkillər Kollegiyasının üzvü olduğum vaxtlarda nümayəndəsi və ya müdafiəçisi olduğum adamlar arasında “Əhmədzadə”x9d soyadlı adam tanımamışam. Ona görə də adımın da belə mübahisələrdə hallanmasını istəməzdim.

- Həmin yazıda adı keçən Yadigar Türkel və Fəlsəfə İnstitutunun əməkdaşı Etibar Əliyev, eləcə də X. Əhmədzadə Sizə müraciət etsələr, onları müdafiə edərsinizmi?

- Mən Yadigar bəylə uzun illərin dostuyam və onu Azərbaycan elmi üçün dəyərli alim hesab edirəm. Təbii ki, bir dost kimi onu müdafiə etmək borcumdur. X. Əhmədzadə də mənə müraciət etsə, ona da hüquqi xidmət göstərməkdən imtina etmərəm.xa0

- Aralarında ziddiyyət olsa necə? Yayılan məlumatlardan görünür ki, bir tərəfdə Yadigar bəy, digər tərəfdə isə Xalid Əhmədzadə durur. Seçim etməli olsaydınız kimin tərəfində olardınız?

- Mən belə mübahisələrdə tərəf olmağı qəbul etmirəm. Bir hüquqşünas kimi də heç vaxt belə bir addım atmamışam. Ancaq müraciət etsələr onda baxarıq. Dostlarımı müdafiə etmək, insanlara hüquqi yardım göstərmək mənim mənəvi borcumdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO