“Qadınları bu vəziyyətə salan kişilərin çoxu namusdan-qeyrətdən danışanlar olur”x9d

“Qadınları bu vəziyyətə salan kişilərin çoxu namusdan-qeyrətdən danışanlar olur”x9d

Hazırda oxunan: “Qadınları bu vəziyyətə salan kişilərin çoxu namusdan-qeyrətdən danışanlar olur”x9d

125285
Misirli feminist yazar Nəval əl Səədavinin "Sıfır nöqtəsində qadın" (Güntay Gəncalpın tərcüməsində) maraqla oxudum və Şərq aləmindəki qadının ənənəvi faciəli həyatı ilə bir daha tanış oldum. Əsərin süjeti Orxan Kamalın "Yad qızı" əsərinə yaxın olsa da, üslubu daha moderndir, müəllif daha çox ictimai-siyasi mesajlar verməyə çalışıb. Buradan alınan əsas dərs budur ki, qadına mütləq təhsil vermək lazımdır, onun ana olaraq, faydalı insan olaraq yetişməsi üçün cəmiyyətdə lazımi sosial institutlar yaradılmalıdır. Firdovs adlı misirli qızın əxlaqsızlığa yuvarlandığı və nəticədə edamla nəticələnən ömür yolunun səbəbkarı məhz cahil ailə mühiti, qapalı cəmiyyətin təzadlarıdır. 

Əsərdə xoşuma gələn əsas məqam bu qızın hər dəfə istinad nöqtəsi kimi özünün orta məktəb diplomunun olduğunu hayqırmasıdır. Azərbaycan cəmiyyətində də bu cür himayəsiz və cinsi istismara məruz qalmağa məhkum olan qadınların sayı az deyil. Qərb ölkələrindən fərqli olaraq bu insanların hüquqlarının müdafiəsi də çətin olur. Qadınları bu cür vəziyyətə salan kişilərin çoxu kənarda ən çox namusdan-qeyrətdən danışanlar olur. Bizdə əxlaq sanki yalnız qadınların boyuna biçilmiş qadağalar kodeksidir. Kişi içər, çəkər, arvadbazlıq edər kimi deyimlər əslində laqlağıdan çox, adiləşmış bir həyat qaydalarına çevrilib. Halbuki ailə institutunun təməlində qarşılıqlı etimad və sədaqət durmalıdır. Bu əsərdə də öz düşüncəsi və xəyalları olan Firdovsa cəmiyyətdə etibarlılığı ilə tanınan kişilər, şeyxlər, polislər, iş adamları normal ailə qurmaq və müstəqil iradəsi ilə hərəkət imkanı tanımaq istəmirlər. Ənənə və tarixi əxlaq var axı. Ənənənin qoruyucularının böyük əksəriyyəti şəxsi həyatında qadınlara qarşı hər cür vəhşiliyi özlərinə rəva görməkdən çəkinməyənlərdir. 

Fikrimcə Azərbaycanda da ilk növbədə qadınların idarəçilik və maddi baxımdan asılılığı olmayan normal maaşlı istehsal müəssisələri açılmalıdır ki, gündəlik çörəyə möhtac qalaraq misirli Firdovsun taleyini yaşamağa məhkum olmasınlar. Hər halda bu əsərdə Azərbaycandakı qadınların vəziyyəti ilə müqayisə olunacaq xeyli epizodlar var.

Fazil Mustafa, millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO