Heydər Əiyev adına MTK və ARTPİ əməkdaşlığa başladı

Heydər Əiyev adına MTK və ARTPİ əməkdaşlığa başladı

Hazırda oxunan: Heydər Əiyev adına MTK və ARTPİ əməkdaşlığa başladı
119800
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu ilə əməkdaşlığa başlayıb.

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu (ARTPİ) və Heydər Əliyev adına Müasir Təhsil Komleksi arasında ilk uğurlu əməkdaşlıq Kompleksin qabaqcıl müəllimlərinin 24-31.01.2016-cı il tarixlərdə İnstitutun Təhsil Texnologiyaları Mərkəzində təşkil olunan ümumi təhsil səviyyəsinin yeni fənn kurikulumlarının tətbiqi üzrə təlimdə iştirakına görə sertifikatlaşdırılması ilə nəticələnib.

04.02.2016-cı il tarixdə Heydər Əliyev adına MTK-da sertifikatların təltif olunması ilə bağlı keçirilən tədbirdə ARTPİ-nin direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov, İnstitutun direktor müavinləri Ənvər Abbasov, Faiq Şahbazlı, Rafiq Qəndilov, şöbə müdirləri İlham Cavadov, Bibixanım İbadova, Afaq Əliyeva, Laləzar Cəfərova, Təhsil Texnologiyaları Mərkəzinin direktoru Muxtar Həsənov eləcə də digər əməkdaşları, İctimai Televiziyanın “Açıq dərs”x9d verilişinin aparıcısı Orxan Cabbarov, kompleksin direktoru Sevinc Rzayeva, direktorun birinci müavini Samir Xanlarov, məktəbin direktoru Nasim Abışov, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbirdə kompleksin direktoru Sevinc Rzayeva müəllimlərin təkmilləşdirilməsi və peşəkarlığının artırılması məqsədi ilə intensiv olaraq bu cür təlimlərdə iştirak etdiklərini vurğulayıb. O, bu əməkdaşlığın gələcəkdə də yeni təlim, seminar və başqa tədbirlərlə davam etdiriləcəyindən ümidvar olduğunu bildirib.

Q.Novruzov isə öz çıxışında ARTPİ-nin fəaliyyəti ilə bağlı məlumat verdikdən sonra bu gün təhsilin qarşısında duran əsas vəzifələrdən söz açıb. O qeyd edib ki, təhsilin məqsədi şəxsiyyət yetişdirməkdir və bu şəxsiyyətin yetişməsində önəmli faktorlardan biri də innovativ, peşəkar pedaqoji səriştələrə malik müəllimlərin formalaşdırılmasıdır. Son illərdə müəllimlərin bu istiqamətdə daha fəal mövqe tutmaları sevindirici haldır. Qabaqcıl müəllim o müəllimdir ki, innovasiyaları mənimsəməklə başqalarından fərqlənir, şagirdyönümlü innovativ resurslar hazırlamaqla daha yüksək təlim nəticələri əldə edir, fərdi inkişaf yolunu müəyyənləşdirib peşəkar inkişafa nail olmaq istiqamətində böyük həvəs və maraqla öz üzərində çalışır. Buna görə də deyə bilərik ki, peşəkar Azərbaycan müəllimi müasir təhsilin qarşısında dayanan vəzifələrin öhdəsindən uğurla gələcəkdir.

Daha sonra, Q. Novruzov Kompleksin müəllimlərinin təlimlərdə göstərdiyi fəallığını, uğurlu nəticələrini, yüksək intellektual səviyyələri və geniş dünyagörüşləri ilə seçildiklərini vurğulayaraq, onlara yeni nailiyyətlər arzulayıb.

Kompleksin müəllimlərindən L.Hüseynova, Q.Şərifov, X.Qazıyeva, İ.Əliyeva, Ş.Səfərova, R.Məmmədov çıxış edərək təlimlər haqda müsbət fikirlər söylədilər. Əldə etdikləri nəzəri və praktik biliklərin gələcəkdə tədris prosesində daha yüksək nəticələr qazanmalarına dəstək olacağını bildiriblər. Təlimçi-müəllimlər: İlham Cavadov, Bibixanım İbadova və Gülbəniz Camalova müdavimlər tərəfindən yüksək dəyərləndirilərək alqışlanıb. Çıxış edən müdavimlər ARTPİ-nin təlimçilərinin beynəlxalq səviyyəli peşəkarlığa layiq olduqlarını və bundan qürur duyduqlarını, Təhsil Texnologiyaları Mərkəzinin təşkil etdiyi müxtəlif məzmunlu təlimlərdə bundan sonra da iştirak etmək həvəsində olduqlarını bildiriblər.

Tədbirin yekununda müdavimlərə sertifikatlar təqdim olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO