Xudatda Azərbaycanın ən böyük aqroparkı inşa edilir - FOTO

Xudatda Azərbaycanın ən böyük aqroparkı inşa edilir - FOTO

Hazırda oxunan: Xudatda Azərbaycanın ən böyük aqroparkı inşa edilir - FOTO
117114
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xaçmazın Xudat şəhərində möhtəşəm aqropark-loqistik mərkəz inşa olunur. Loqistik mərkəzdə iri tutumlu soyuducu anbarlar və avtomobil parkı tikilir.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, yeni tikilən aqropark 17 hektar sahəni əhatə edir. İnşaat işləri bir neçə ölkənin iş adamlarının iştirakı ilə həyata keçirilir.

Anbarlarda fermerlərin meyvə və tərəvəz məhsulları saxlanılmaq üçün qəbul ediləcək və buradan dəmir yolu, avtomobil  vasitəsi ilə Rusiya və digər ölkələrə daşınması təmin ediləcək.

Aqropark istifadəyə veriləndən sonra burada 300 nəfərin işlə təmin olunacağı deyilir. Xudat şəhər sakinləri belə böyük obyektin inşası üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq edirlər.
Hazırda tikinti işləri davam edir. Ölkə iqtisadiyyatına böyük səmərə və xeyir verəcək aqroparkın istifadəyə veriləcəyi tarix hələ ki, açıqlanmır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO