Elçin Quliyev yeni qarnizon kompleksi ilə tanış oldu   -Foto

Elçin Quliyev yeni qarnizon kompleksi ilə tanış oldu -Foto

Hazırda oxunan: Elçin Quliyev yeni qarnizon kompleksi ilə tanış oldu -Foto

114067

Dövlət Sərhəd Xidmətinin (DSX) Aviasiya dəstəsinə döyüş bayrağının təqdim edilməsi, dəstənin yeni inşa olunmuş qarnizon kompleksinin, əsaslı şəkildə yenidən qurulmuş texniki-istismar sahəsinin xidməti istifadəyə verilməsi və yeni alınmış xüsusi texnikalara baxış keçiÂxadrilməsi məqsədilə təntənəli mərasim keçirilib.

Xidmətin mətbuat mərkəzindən verilən məlumata görə, DSX-nin rəisi ”“ Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev şəxsi heyəti hərbi hissənin yeni qarnizon kompleksinin və texniki-istismar sahələrinin xidməti istifadəyə verilməsi, Dünya AzərbayÂxadcanlıÂxadlarıÂxadnın Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, hərbi hissənin şərəf, şöhrət və şücaət rəmzi olan döyüş bayrağını təqdim edib.

Tədbirdə ulu öndər Heydər Əliyevin göstərişinə əsasən Səngəçal hərbi aerodromunun 2002-ci ildə Dövlət Sərhəd Xidmətinə verilməsi ilə Azərbaycan Sərhəd Mühafizəsi tarixində ilk dəfə Aviasiya dəstəsinin yaradılması, Azərbaycan RespubÂxadlikasının Prezidenti, Silahlı QüvvəÂxadləÂxadrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə göstərdiyi diqqət və qayğı sayəsində Aviasiya dəstəsinin maddi-texniki bazasının xeyli möhkəmləndirilməsi, şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılması xüsusi qeyd edilib, əsaslı tikinti və təmir işlərindən sonra ən müasir tələblərə cavab verən qarnizon kompleksinin istifadəyə verilməsinin bu ali diqqətin növbəti təzahürü olduğu vurğulanıb.

E.Quliyev hərbi hissənin qərargahına, kazarma binasına, əsgər yeməkxanasına, istirahət otağına və zabit yeməkxanasına baxış keçirÂxadib, şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olub.

Hərbi hissədə inşa edilmiş tibb məntəqəsinə baxış zamanı şəxsi heyətə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün bütün şəraitin yaradılması, məntəqənin müasir tibbi avadanlıq və vasitələrlə təmin olunması nümayiş olunub.

Yeni inşa olunmuş avtomobil parkında xüsusi təyinatlı müxtəlif avtoÂxadtexnikanın təqdimatı keçirilib. Sonra yeni çəkilmiş avtomobil yolu ilə helikopter anqarlarına hərəkət zamanı hərbi hissənin idman meydanÂxadçasının, yeni yaradılmış qalxma və enmə zolaqÂxadlarının, eləcə də digər yeni tikililərin təqdimatı olub.

Aviasiya dəstəsinin texniki-istismar hissəsinin əhəmiyyətli sahəsi olan helikopter anqarları ilə tanışlıq zamanı əsas paraÂxadmetrlərinə görə ən müasir tələblərə cavab verən anqarlarda xidməti yüksək texniki tələblər səviyÂxadyəsində təşkil etmək üçün lazımi şərait yaraÂxaddılması məruzə olunub. Burada yerləşən xidməÂxadti otaqlar lazımi alət, avadanlıq və texniki vasitələrlə təmin edilib. Anqarlarda helikopÂxadterlərin silah sistemlərinin və yerüstü avadanlıqlarının təqdimatı olub.

Xidməti istifadəyə verilmiş komanda-idarəetmə mərkəzinÂxaddə əsaslı yenidənqurma və təkmilləşdirmə işləri aparılıb. Müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz edilmiş idarəetmə mərkəzi ilə tanışlıqÂxaddan sonra qrup tərkibində uçuşların izlənməsi və uçuşÂxadların idarə edilməÂxadsinin təqdimatı olub.

Xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltiflənÂxaddirilib.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi ”“ Sərhəd QoşunÂxadlaÂxadrının komandanı general-polkovnik E.Quliyev şəxsi heyətlə birgə nahar edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO