- A-
- A
- A+
Общество
19:41 / 19.12.2015
1 dəq oxunma
İşsizlərin nəzərinə: Dövlət Komissiyası elan verdi
Hazırda oxunan: İşsizlərin nəzərinə: Dövlət Komissiyası elan verdi
112242
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu mütəxəssislərinin işə qəbulunu elan edib.
Komissiyadan Moderator.az -a verilən məlumatda bildirilib ki, işə dəvətlə bağlı tələblərə şəxsin ali təhsilli, Azərbaycan, ingilis və rus dillərini (digər Avropa dillərini bilmək üstünlük sayılacaq) mükəmməl bilən, MS Office (Access, PowerPoint, Word, Excel); Adobe Photoshop; Adobe Corel Draw; Adobe PhotoPaint; Acrobat Reader kompüter proqramlarında, internet şəbəkəsində və ofis avadanlıqlarında sərbəst işləmək bacarığının olması daxildir.
Müraciət edənlərin yaş həddi 40-a qədər olmalıdır.
Məlumatlar (telefon nömrələri göstərilməklə) Dövlət Komissiyasının rəsmi e-mail ünvanına ([email protected]) göndərilməlidir.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-leytenant Mədət Quliyevdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































