Tütün, şərab, pambıq istehsalı və idxalı ilə bağlı yeni qadağalar   -Qəbul olundu

Tütün, şərab, pambıq istehsalı və idxalı ilə bağlı yeni qadağalar -Qəbul olundu

Hazırda oxunan: Tütün, şərab, pambıq istehsalı və idxalı ilə bağlı yeni qadağalar -Qəbul olundu
112053
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Azərbaycanda tütün məmulatları, şərabçılıq məhsulları, pambıq və pambıq məhsullarının istehsalı, idxalı ilə bağlı yeni qadağalar tətbiq ediləcək.

Bu məsələ Milli Məclisin plenar iclasında müzakirə edilən “Tütün və tütün məmulatı haqqında”x9d, “Üzümçülük və şərabçılıq haqqında”x9d və “Pambıqçılıq haqqında”x9d qanunlara müvafiq dəyişikliklərdə öz əksini tapıb.

“Tütün və tütün məmulatı haqqında”x9d qanun layihəsinə əsasən, tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunduqda onun idxalı qadağan edilir.

Bununla yanaşı, hazırda tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda onlar dövriyyədən götürülür. Yeni layihəyə əsasən isə tütün və tütün məmulatları həm də genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunduqda onlar dövriyyədən götürülür.

“Üzümçülük və şərabçılıq haqqında”x9d qanun layihəsinə əsasən, şərabçılıq məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış bitki materiallarının istifadəsinə yol verilmir. Belə üsulla hazırlanmış şərabçılıq məhsullarının ölkəyə idxalına da icazə verilmir.

“Pambıqçılıq haqqında”x9d qanuna edilən yeni dəyişikliklərdə də pambıq və pambıq məhsullarının istehsalı və idxalı ilə bağlı eyni qadağaların tətbiq edilməsi təklif olunur.

Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO