İsmayıllıda qəza: “BMW”nin sürücüsü öldü

Hazırda oxunan: İsmayıllıda qəza: “BMW”nin sürücüsü öldü

111621

İsmayıllı-Qəbələ avtomobil yolunda baş verən qəzada xəsarət alanlardan daha biri dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, hadisə zamanı ağır xəsarət alan “BMW” markalı avtomobilin sürücüsü xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, ötən gün İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində "BMW" və “Honda” markalı avtomobillər toqquşub.

Hadisə zamanı 2002-ci il təvəllüdlü Nurlan Nağıyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Avto qəzada xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Aqil Əsədov,  Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO