Bakı-Quba yolunda avtomobil velosipedçini öldürdü - FOTO

Hazırda oxunan: Bakı-Quba yolunda avtomobil velosipedçini öldürdü - FOTO

109681

Bakı-Quba yolunun 76-cı km-də, Xızının Giləzi qəsəbəsindən keçən hissəsində avtomobil qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə yolun təmir gedən, amma istifadəyə verilməmiş hissəsində  qeydə alınıb.

Abşeron rayon sakini, 49 yaşlı Səfa Vəzir oğlu Babayev idarə etdiyi "Mitsibushi 1.200” markalı  avtomobillə Bakı istiqamətində  hərəkətdə  olan velosipedçini vurub.

Nəticədə Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan 55 yaşlı Əlirza Ağarza oğlu Əliyev hadisə yerindəcə ölüb.

Faktı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi araşdırır.

Qeyd edək ki, bu, Bakı‐Quba yolunun Xızı rayonu ərazisində, son 3 gündə 3 nəfərin ölümünə səbəb olan 2-ci ağır yol hadisəsidir.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO