ATU-nun 45 illik yubileyi qeyd olundu  - FOTOLAR

ATU-nun 45 illik yubileyi qeyd olundu - FOTOLAR

Hazırda oxunan: ATU-nun 45 illik yubileyi qeyd olundu - FOTOLAR

106008

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan Texnologiya Universitetinin 45 illik yubileyinə həsr olunmuş “Elm, təhsil və istehsalatın inteqrasiyası: müasir tendensiyalar”x9d mövzusunda elmi-praktik konfrans keçirilib.

Moderator.az-ın məlumatına görə, konfransda elm xadimləri, yerli və xarici qonaqlar, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar öncə Heydər Əliyevin abidəsi önünə böyük ehtiram və rəğbət ifadəsi olaraq təravətli qızılgül dəstələri qoyublar. Konfransı giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açıb və universitetin kollektivinə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin salamlarını, təhsil ocağının 45 illik yubileyi münasibətilə təbrikini çatdırıb.

Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə Təhsil Nazirliyinin,AMEA-nın təbrik məktubları oxunub.

Konfransın gedişində ATU-nun tarixindən,uğurlarından bəhs edən qısa film nümayiş etdirilib. Sonra ATU ilə Gürcüstanın Beynəlxalq Qara Dəniz Universiteti arasında əməkdaşlıq memorandumları imzalanıb.

Qonaqlar tərəfiindən universitetə xatirə hədiyyələri, ATU adından isə bır sıra qonaq və iştirakçılara xatirə paketləri təqdim olunub.

xa0

ATU-nun
ATU-nun

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO