Azərbaycan Sovet Ensiklopediyasının nəşri niyə dayandırıldı? - ARAŞDIRMA

Azərbaycan Sovet Ensiklopediyasının nəşri niyə dayandırıldı? - ARAŞDIRMA

Hazırda oxunan: Azərbaycan Sovet Ensiklopediyasının nəşri niyə dayandırıldı? - ARAŞDIRMA
210459
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol


Moderator.az tarix elmləri doktoru Nəsiman Yaqublunun yeni nəşrə hazırladığı “Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası”(sovet dövrü:1920-1991) kitabındanxa0 Azərbaycanxa0 sovet ensiklopediyasının yayımının dayandırılması haqqında yazını oxuculara təqdim edir:xa0



“YAŞIL”xa0 VƏxa0 “QIRMIZI”xa0 ENSİKLOPEDİYALAR

Azərbaycan Sovet Ensiklopediyası hazırlamaq cəhdinə 1920-1930-cu illərdə cəhd göstərilsə də, baş tutmamışdı. 1960-cı illərdə görkəmli şair və ictimai xadim Rəsul Rzanın başçılığı ilə I cildin hazırlanaraq 1970-ci ildə nəşr edilməsi mümkün oldu. 40 (qırx min) tirajla yaşıl rəngdə (bəzi mənbələrdə 20-30 min göstərilir) çap olunan ensiklopediya senzura tərəfindən ləğv edildi və nəşr edilmiş nüsxələr məhv edilərək yayımı yasaqlandı. 1975-ci ildə isə Rəsul Rza işdən kənarlaşdırıldı.

Baş redaktor kimi Rəsul Rza milli, tarixi dəyərlərə əsaslanır, onun dil, etnogenez məsələlərə münasibəti hakim dairələrin və müxtəlif alimlərin narazılığına səbəb olmuşdu.

Ensiklopediyanın R. Rzadan sonra nəşr edilən cildlərində Azərbaycan istiqlalında, elmində, milli mədəniyyətin təşəkkülündə rol oynamış adamların adları yox, “əmək qabaqcılları”nın, “tarla qəhrəmanları”nın “fədakarlığı” əsas yer tutdu. ASE-nin 10 cildinə yalnız ümumi nəzəri xarakterli məqalələr və ədəbi simalar haqqında qısa arayış-oçerklər daxil oldu.

Azərbaycan Sovet Ensiklopediyası üzərində iş 1966-cı ildə başlamışdı. Ensiklopediya əvvəl Azərbaycan Elmlər Akademiyasının binasında, sonradan isə Çkalov (indiki Niyazi prospekti) küçəsi 3ünvanda, o qədər geniş şəraiti olmayan bir yerdə yerləşirdi.

Bəs Rəsul Rza ensiklopediyada hansı məqamlara daha çox üstünlük verirdi ki, bu da sonradan narazılığa səbəb olurdu: 1) R.Rzaxa0 Azərbaycan tarixini saxtalaşdıranlardan narazı idi. O, razılaşmırdı ki, Azərbaycan xalqı inqilaba qədər savadsız olub və inqilabdan sonra mədəniləşib. 2) R.Rza Dağlıq Qarabağda məskunlaşmış ermənilərin etnik mənşəyinin dəqiq göstərilməsini tələb edirdi. O, bu fikirdə idi ki, bu ermənilər albanlardan dönmədirlər, qalan ermənilər isə Türkiyə və İrandan köçüb gələnlərdir. 3) R.Rza bu fikri müdafiə edirdi ki, azərbaycanlılar Azərbaycan ərazisinə haradansa miqrasiya yolu ilə gəlməmişlər, onlar bu ərazidə doğulub məskunlaşmışlar.

O dövrdə isə Ensiklopediyanın tərəfdar çıxdığı bu konsepsiyalar bəzi tarixçilər tərəfindən tənqid edilməyə başlandı.

R.Rzanın Baş redaktorluğu ilə çıxan ASE-nin I cildində verilən “Ararat” məqaləsi cəmi bir cümlədən ibarət idi və sonda belə istinad verilmişdi: “Bax: həmçinin Ağrıdağ”. Sonrakı 1976-cı ildəki Cəmil Quliyevin Baş redaktorluğu ilə çıxan I cilddə qırmızı rəngdə “Ararat”xa0 məqaləsi genişləndirilib verilmişdi. R.Rzanın rəhbərliyində çıxan nəşrdə “Ararat” haqda yazılmışdı: “Türkiyə ərazisində dağ; sönmüş vulkan, SSRİ, Türkiyə və İran sərhədləri yaxınlığında, Araz vadisindədir. Anadoluda ən yüksək dağdır”. 1976-cı ildə isə belə yazılmışdı: “Türkiyənin şərqində, Van gölündən şimalda, Ermənistan yaylasının orta hissəsində dağ silsiləsi”.

R.Rzanın başçılığı ilə çıxan ensiklopediyanın bu nəşrindən Ermənistan Elmlər Akademiyasının alimləri də Azərbaycan KP MK-ya etiraz məktubları yazmışdılar.

R.Rza ensiklopediyasında 180 azərbaycanlı, 15 erməni adı var idi. Sonrakı ensiklopediyada 150 azərbaycanlı, 51 erməni adı var idi. R.Rza ensiklopediyasında 1918-ci ilin Mart faciəsinin iştirakçıları bu nəşrə daxil edilmədiyi halda, 1976-cı il nəşrində 26-ların hamısı haqqında ayrı-ayrı məqalələr, fotolar verilmişdi.xa0

Birinci ensiklopediyada azərbaycanlıların Ermənistanda, Gürcüstanda, RSFSR-də, Dağıstanda, Özbəkistanda, Qazaxıstanda və dünyanın bir çox ölkələrində yaşadığı konkret rəqəmlərlə göstərilir. İkinci ensiklopediyada isə “Azərbaycanlılar Azərbaycanda 3777 min (1970) nəfərdir. Xaricdə də (əsasən İranda) yaşayırlar” qısa məzmunda verilmişdir.

Birinci ensiklopediyada yazılar: “Azıx Mağarası, Azıx Kahası. Azərbaycan SSR Füzuli şəhərinin 14 km şimal-şərqində aşağı Paleolitə aid Karst mağarası. Azıx mağarasında tapılan (1968) Aşöl dövründə yaşamış neondertal adamının (SSRİ-də birinci, dünyada beşinci tapıntıdır) çənə sümüyü Azərbaycanın qədim insanların formalaşdığı əraziyə daxil olduğunu sübut edir”.
“Qırmızı” ensiklopediyada isə Azıx mağarasının DQMV-nin Hadrut rayonu ərazisində yerləşdiyi qeyd edilir.

“Yaşıl” ensiklopediyada Azərbaycan on doqquzuncu əsrin əvvəllərində Rusiya imperiyasına qatılmışdır (“Gülüstan” və “Türkmənçay” müqavilələri əsasında).
“Qırmızı” ensiklopediyada isə “Azərbaycan tarixi - Azərbaycan Kommunist Partiyasının qurultayıdır”xa0 olaraq təqdim edilir. Bu qurultayda isə Lenin dilində çıxış edən dörd nəfərdən ikisi azərbaycanlı, biri rus, o biri də mütləq ermənidir. Azərbaycanca danışanı ya xalq şairi, ya da xalq çobanıdır”.







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO