Az yatan az yaşayır...   - ARAŞDIRMA...

Az yatan az yaşayır... - ARAŞDIRMA...

Hazırda oxunan: Az yatan az yaşayır... - ARAŞDIRMA...

194737
Günümüzdə insanlar keçmişə görə çox az yatır və daha çox yuxu problemi ilə mübarizə aparırlar.xa0

Moderator.az bildirir ki, bu vəziyyət ümumi sağlamlığımıza təsir etdiyi kimi bədənimizin müəyyən xəstəliklərə qarşı dözümlülüyünü azaldaraq ömrümüzün qısalmasına səbəb olur.

Yetkinlik dövründə az yatmaq “Alzheimer”x9d xəstəliyinə yoluxma ehtimalınızı ciddi şəkildə artırır. Bunun səbəbi amiloid tutumu adı verilən zəhərli zülaldır. “Alzheimera”x9d yaxalanan insanların beynində toplanan bu zülal ətrafdakı hüceyrələri öldürərək xəstəliyin ağırlaşmasına səbəb olur. Dərin yuxu zamanı bu tutumlar beyindən fəal şəkildə təmizlənir. “Alzheimer”x9d xəstələrində isə bir qapalı dairə yaranır.xa0

Yuxunun zehni sağlamlığımıza təsiri də böyükdür. Yuxu və ya yuxusuzluq, ümumi ruh halımıza təsir edir. Aparılan araşdırmalara görə, yuxusuz qalan insanların beyni və əsəb sistemi gərgin vəziyyətdə olur.

Yuxunun həm fiziki, həm də zehni sağlamlığa bu qədər təsir etməsinə baxmayaraq, nizamlı yuxu bir çox insan üçün əlçatmazdır. Yuxusuna əhəmiyyət verən inaanlara isə sıxıcı və ya tənbəl gözü ilə baxılması da cəmiyyətin yaratdığı mənfi təsir kimi dəyərləndirilə bilər.xa0

İnkişaf etmiş ölkələrdə yaşlıların çoxu gündəlik 8 saatlıq yuxudan məhrum qalır. Gecədə 6 saat 40 dəqiqə yatan bir insanın tibbi müdaxilə olmasa 60 yaş yaşayacağı güman edilir.Aparılan araşdırmalar nəticəsində məlum olub ki,xa0 az yatan kişilərin sperma sayı mütəmadi yatanlara nisbətən 29 faiz daha azdır.xa0
xa0

Kamran
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO