Moderator.az MBNP rəhbərliyinin məvaciblərinin

Moderator.az MBNP rəhbərliyinin məvaciblərinin "qaynağ"ını necə tapdı...?

Hazırda oxunan: Moderator.az MBNP rəhbərliyinin məvaciblərinin "qaynağ"ını necə tapdı...?
184132
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Aprelin 17-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Müşahidə Şurasının qərarı ilə əsasən banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, sığorta şirkətləri, qiymətli kağızlar bazarı iştirakçıları və s. nəzarət subyektləri tərəfindən Palataya illik haqların ödənilməsini nəzərdə tutan tarif cədvəli təsdiq edildi. Bu qərar qəbul edildikdən dərhal sonra tarif cədvəli aidiyyatı təşkilatlara göndərilməklə onlardan təsdiqlənmiş qaydalara uyğun olaraq xidmət haqqının ödənilməsi tələb olundu.xa0

Yəni Palata tərəfindən təsdiqlənmiş “Maliyyə Bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi qaydaları”x9d 19 aprel 2017-ci il tarixdə qüvvəyə mindi, bu halda palata bu qaydaların hazırlanması zamanı qabaqcıl ölkələrin təcrübəsindən istifadə olunduğunu bəyan etdi. Həmçinin Palata xidmət haqlarını ayr-ayrı nəzarət subyektləri üzrə onların aktivlərinin həcminin müvafiq olaraq illik, 15 min manatdan başlamaqla 800 min manatadək yüksələn bir şkala üzrə müəyyənləşdirdi. Görünən o idi ki, Palatanını Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu qaydaları hər hansı bir dövlət orqanı ilə razılaşdırmağı və ya məsləhətləşmələr aparmağı özünə sığışdırmadı...xa0

Sual olunur, niyə? Nə məqsədə?

İndi bəlli olur ki, belə bir qərarın verilməsində Palatanın məqsədi tam başqa imiş. Rüfət Aslanlının özünə 65000 (altmış beş min) manat aylıq əmək haqqı müəyyən etməsi haqqında informasiya diqqətimizi çəkdiyindən mövzunu davam etdirmək qərarına gəldik. (Moderator.az-ın mövzu ətrafındakı araşdırma yazısını bu linkdən oxuya bilərsiniz---xa0moderator.az/news/184013.html)

Araşdırmalarımızın nəticələri isə daha maraqlı oldu. Müəyyənləşdirdik ki, R.Aslanlı nəinki özünə, Direktorlar Şurasının hər iki müavininə, hər birinə ayrılıqda 38000 (otuz səkkiz min) aylıq əmək haqqı təyin edib. Rəqəmlərdən də göründüyü kimi, Palatanın Direktorlar Şurasının 3 üzvünün aylıq əmək haqları vergilər və sosial ödənişlər xaric 141000 manat, illik isə əlavə ödənişlər də nəzərə alınmaqla (il ərində məzuniyyət və əlavə iş vaxtı) 2 milyon manata yaxın təşkil edir.xa0

Bundan başqa R.Aslanlı izaholunmaz məntiqlə Palatanın İdarə Heyətinə öz aylıq əmək haqqından təxminən 4-5 dəfə aşağı, yəni icraçı direktora 18000 (on səkkiz min) manat, İdarə Heyətinin üzvlərinə 15000 manat, departament direktorlarına 7 dəfəyədək aşağı - 10000 manat aylıq əmək haqqı məbləği müəyyənləşdirib, işçi heyəti isə müqayisəolunmaz dərəcədə aşağı, yəni sıravi işçilərin aylıq əmək haqları vəzifələrinə uyğun olaraq 800-1500 manat arasında dəyişir. Lakin nəzərə alsaq ki, Palatanın Nizamnaməsinə uyğun olaraq əsas iş yükü və məsuliyyətlər İdarə Heyətinin, departament direktorlarının və sıravi işçi heyətinin üzərinə düşür, onda cənab Aslanlının bu əmək haqqı bölgüsündə hansı kriteriyaları əsas götürdüyü müzakirə mövzusu ola bilər...xa0

Yeri gəlmişkən, bir məqamı da vurğulamaq yerinə düşər ki, hal-hazırda MBNP-nın nəzarət etdiyi subyektlər arasında ən yüksək əmək haqları bank sektorundadır ki, burada da bank rəhbərlərinin orta aylıq əmək haqları 10000-15000 manat həcmində müəyyənləşdirilir. Yəni aylıq 12000 manat əmək haqqı alan bank rəhbəri Palataya ödədiyi xidmət haqqı müqabilində R.Aslanlı onlardan 5 dəfədən çox 65000 min manat aylıq əmək haqqı alır. Hansı haqla və hansı məntiqlə?xa0

Məhz bu səbəbdən tələb edilən haqların məbləği, bu xidmət haqlarını ödəyən təşkilatların mənfəətliyindən və ya maliyyə vəziyyətindən asılı olmayaraq, onun ötən ilin sonuna olan aktivlərinin həcmindən asılı olması da bir sıra təşkilatların zərərinin daha da artmasına səbəb olacaq. Belə ki, nəzarət subyekti olan təşkilat ili zərərlə başa vurduğu halda dövlət büdcəsinə vergi ödəmək öhdəliyi olmayacaq, lakin Palataya hər bir halda haqq ödəmək məcburiyyətində qalacaq. Yəni ili zərərlə başa vurmuş təşkilatlar üzrə dövlət büdcəsinə ödənilməli vergilər belə onlara güzəşt edilir.

Eyni zamanda qeyd etmək lazımdır ki, MBNP publik hüquqi şəxs statusuna malikdir və “Publik hüquqi şəxslər haqqında”x9d AR Qanununun 7.2-ci maddəsinə əsasən publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər. Bu halda Palatanın tətbiq etdiyi haqlar heç bir xidmətə əsaslanmır və sabit pul şəklində müəyyən olunur ki, bu hal həm məntiqə, həm də, bazar iqtisadiyyatının qaydalarına ziddir.xa0

Beləliklə, Palata nəzarət subyektlərinin fəaliyyətinin səmərəliliyinin artması istiqamətində onlara heç bir xidmət göstərməməsinə baxmayaraq, yüksək xidmət haqları tətbiq etməklə onsuz da ağır vəziyyətdə olan xa0maliyyə bazarı iştirakçılarının vəziyyətinin daha da ağırlaşmasına zəmin yaratmaqdadır. Yəni Palata müvafiq maliyyə təşkilatlarının aktivlərinin, öhdəliklərinin və ya kapitalının hansı vəziyyətdə olmasından asılı olmayaraq öz xidmət haqqını sabit olaraq bu təşkilatlardan tələb edir ki, bu da onsuz da hal-hazırda kapital yetərsizliyi, aktivlərinin böyük bir hissəsinin qeyri-likvid olduğu, mövcud öhdəliklərini yerinə yetirə bilməyən maliyyə təşkilatlarının vəziyyətlərini daha pisləşdirəcək.xa0

Göstərilən qaydalara görə bank maliyyə təşkilatlarının 2016-cı ilki maliyyə göstəricilərinə əsasən, kiçik bir araşdırma apardıqda, aparılmış hesablamalara görə Palataya təxminən illik 30 milyon manat haqq ödənilməsinin planlaşdırıldığını görürük.xa0

Eyni zamanda, nəzərə almaq lazımdır ki, səbəbi məlum olmadan Palataya ödəniləcək bu vəsait ödəyən təşkilatların xərc hesablarına aid ediləcəyi üçün dövlət büdcəsinə ödəniləcək vergini azaltmaqla yanaşı (təxminən illik 6-8 milyon manat), onsuz da ümumi fəaliyyəti qənaətbəxş olmayan maliyyə bazarı iştirakçılarının vəziyyətinin pisləşməsinə və bu bazarlarda təklif olunan məhsulların isə qiymətlərinin qalxmasına səbəb olacaq.xa0

Bundan başqa, ölkə ərazisində 01 yanvar 2017-ci il tarixindən tətbiq olunmağa başlayan “Nağdsız hesablaşmaların aparılması qaydalarının”x9dda qısa müddətdə tətbiq olunmasına ən çox çalışan orqan Palata idi. Yəni 2016-cı ilin sonlarında bu qanun layihəsi Milli Məclisdə oxunuşa çıxarılarkən Palata nədənsə tələm-tələsik onun qəbuluna çalışırdı. Amma əsas məqsədini hələ ki, gizli saxlamağa çalışırdı. Lakin Palata tərəfindən təsdiqlənmiş 19 aprel 2017-ci il tarixli aidiyyəti xidməti haqqı qaydalarında Palatanın əsl məqsədi aydınlaşdı. Belə ki, yuxarıda da qeyd etdiymiz kimi Palatanın hansı səbəbdən müvafiq maliyyə təşkilatlarının aktivlərinin həcminə görə xidmət haqqı tələb etməsi çılpaqlığı ilə üzə çıxdı.
xa0
“Nağdsız hesablaşmaların aparılması qaydaları”x9dna əsasən 01 yanvar 2017-ci il tarixdən ƏDV məqsədləri üzrə vergi orqanlarında qeydiyyatdan keçmiş təşkilatlar üzrə aylıq 30 000 manatdan yuxarı, sadələşdirilmiş vergi sistemi ilə vergi ödəyiciləri isə aylıq 15 000 manatdan yuxarı nağd pul əməliyyatlarının aparılmasına icazə verilmir. Yəni hüquqi və sahibkar fiziki şəxslər 01 yanvar 2017-ci il tarixədək bank hesablarında olan pul vəsaitlərini sərbəst şəkildə çıxarıb özlərinə məxsus kassalarda saxlaya və ya digər bir şəkildə nağd qaydada istifadə edə bilirdilərsə, artıq həmin tarixdən etibarən bu istiqamətdə onların fəaliyyətlərinə məhdudiyyətlər tətbiq olundu. Son nəticədə bu pul vəsaitlərinin həmin müştərilərin bank hesablarında qalması bankların mövcud aktivlərinin süni şişirdilməsinə və ya nəticə etibarı ilə Palataya ödənilməli xidmət haqlarının məbləğinin artmasına səbəb oldu. Yəni Palatanın xidmət haqlarını nəyə görə aktivlərin həcminə uyğun müəyyənləşdirdiyi bəlli oldu, palatya daha çox vəsait ödənilsin. Nəzərə aslaq ki, bir bankın orta hesabla ən azı 1000 hüqüqi və sahibkar fiziki şəxs müştəriləri var, ay ərzində həmin müştərilərin hesabına 150 min manat daxilolma olur, ümumilikdə 150 milyon manat, bu halda müştərilər hesablarından ən çoxu 30 milyon manat çıxara bilir və 120 milyon manat bankda qalmaqla onun aktivlərinin süni şişməsinə səbəb olur. Belə ki, bu halda 490 milyon manat faktiki aktivi olan bir bank illik 300 min manat xidmət haqqı ödəməli olduğu halda, ay ərzində yaranmış süni 120 milyon aktiv artımına görə illik 500 min manat xidmət haqqı ödəməlidir. xa0Deyəsən bu cür incə məqamları, yəni ilanı Seyid Əhməd əli ilə tutmaq planını Palatadan başqa heç bir dövlət orqanı tuta bilməyib. Palata isə nizamnaməsini əsas gətirməklə təkbaşına bu xidmət haqqı qaydalarını təsdiq etdirməyə nail olub.

Belə ki, Palatanın Nizamnaməsinə əsasən Palatanın əsas məqsədi Azərbaycan Respublikasında maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorumaqdır. Lakin Palata əsas məqsədləri istiqamətində əməli tədbirlər görmədən, bir başa haqların yığımına yönəlmiş tədbirlər görüb ki, bu da qurumun əsas məqsədlərinə tam ziddir. Eyni zamanda Palata tərəfindən tətbiq olunan məcburi haqları ən azından Ədliyyə Nazirliyi və ya Tarif Şurası ilə razılaşdırlmalı idi. Ehtimal olunur ki, tətbiq olunan xidmət haqları heç bir iqtisadi amillərə əsaslanmadığı üçün xa0Palata bu tarifləri səlahiyyətli dövlət orqanları ilə razılaşdırmaqdan çəkinib...xa0

Dəyərtli oxucu, biz bu mövzu ətrafında araşdırmalarımızı sizlərə təqdim edərkən ilk baxışda belə anlaşıla bilər ki, Rüfət Aslanlınıın analoqu olmayan idarəçilik metodunu hədəfə götürmüşük və onu qaralamaq niyyətindəyik. Əsla, sadəcə insan övladı baş verənləri normal məntiqlə izah etməkdə çətinlik çəkir. Axı xalqın bir nömrəli xidmətçisi ölkənin belə bir çətin iqtisadi durumunda, üstəlik ermənipərəst beynəlxalq güclər tərəfindən mütəmadi basqı altında Azərbaycanın halalca haqları uğrunda gerçək savaşa çıxan Prezident İlham Əliyevin etimadını doğrultmağın ən qısa yolu onun kimi təvazökarlıq sərgiləməklə xa0milləti bu bank fəlakətindən qurtarmağın qayğısına qalmaq olmalı idi, yoxsa öz əmək haqqının "maliyyə mənbələri"ni şişirtmək üçün dolanbac yollar axtarmaq deyil. Düşünürük ki, ölkənin tanınmış hüquqşünasları, iqtisadçıları mövzu ətrafında fikirlərini bildirəcəklər. Çünki əvvəlki yazılarımızda da xüsusi olaraq vurğulamışdıq ki, milyonlarla insanın bankların girovuna çevrilməsi artıq Qarabağdan sonra məmləkətin ikinci dərdinə çevrilib. Çıxış yolları isə görsənmir ki, görsənmir...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO