Moderator.az ömrü boyu onları izləyən psixoloji çətinliklərə baxmayaraq bəşəriyyət naminə işlər görən dahilərin üzləşdiyi sarsıntılardan bəsh edəcək yazını təqdim edir:
Qalileo Qaliley ”“Sonradan tibb elmində məşhurlaşan “Qaliley sindromu”x9dnun daşıyıcısı idi. Bu psixoloji pozuntu əsasən kütlə daxilində insanları özünün doğru saydığına məcbur etmək, ondan başqa çıxış yolunun olmadığını göstərməkdir. Qaliley ömrünün sonunda psixoloji pozuntu ilə bərabər görmə qabiliyyətini də itirdi.
İsaak Nyuton- Bütün zamanların ən böyük alimlərindən olan məşhur fizik, filosof Nyuton başqa bir psixoloji pozuntu- Aspelger sindromuna uğrayıb. Bu sindromdan əziyyət çəkən insanlarda beyinin bütün hissələri eyni cür işləyir. Hər iki yarımkürənin fəaliyyəti bərabər olur. Bu sindromunlu insanlar müxtəlif ixtisasları eyni səviyyədə bilirlər. Məsələn, Nyuton həm mühəndis, həm fizik, həm riyaziyyatçı, həm də filosof olub. Eyni sözləri Da Vinçi haqqında da demək olar. O, həm rəssam, həm ixtiraçı, həm filosof, həm də riyaziyyatçı kimi tanınırdı.
Aligyeri Dante ”“ “İlahi Komediya”x9dnın müəllifi Dantede norkolepsiya və əzələ zəifliyi xəstəlikləri olub. Norkolepsiya gündüzlər özündə daim yatmaq ehtiyacınə hiss etməkdir. Əzələ zəifliyi isə bu xəstəliyin nəticəsidir.
Albert Eynşteyyn- Modern fizikanın yaradıcılarından olan alim də başqa bir psixoloji sindromdan əziyyət çəkib. Onun uğradığı sindroma məruz qalanlar adətən uzun yuxu rejimindən ayrıla bilmirlər. Yəni onlar yataqdan qalxsalar da xeyli müddət yuxulu vəziyyətdə olurlar. Bu onlarda günün sonunadək müşahidə oluna bilər. Bu cür insanlarda beynin bütün hissələri ortaq fəaliyyət göstərir.
Leonardo Da Vinçi- Yuxarıda Da Vinçinin uğradığı sindromun birindən yazdıq. Amma böyük rəssamın başqa psixoloji problemi də var imiş. Bu qarşı cinslə təmasdan, qadın münasibətdən qorxmaq, ikrah etməkdir. Bu cür psixoloji asılılığın daşıyıcıları qadına heç vaxt yaxınlaşa bilmirlər. Odur ki, Da Vinçi ömrünün sonuna qədər heç kəslə sevgili olmadı.
Amadey Motsart- Musiqi dünyasının gəlmiş keçmiş ən böyük insanlarından biri olan Mtsartda Tourette Sindromu mövcud idi. Bu xəstəlik eyni şeylərin sonsuz dəfə təkrarlanmasına yol açır. Məsələn, o bir bəstəkar kimi bəstələdiyi musiqi parçasında artıq yazmış olduğu notu bir daha qeyd edirdi. Bu proses onun həyatının əksər hallarında müşahidə edilib.
Pablo Pikasso - Pablo Pikasso ömrünün sonuna qədər intensiv olaraq miqrendən əziyyət çəkdi. Rəssam həmçinin disleksiya (unutqanlıq və öyrənmə çətinliyi) xəstəliyinin də daşıyıcısı idi. Öyrənməkdə çətinlik çəkirdi. Şiddətli baş ağrılarına baxmayaraq öz rəsmlərində özünəməxsusluğu gözəl əks etdirə bilirdi.
Salvador Dali - Bir rəssam üçün ən pis xəstəlik sayıla biləcək Parkinson sindromunun daşıyıcısı idi. Həmçinin diqqət çatışmazlığı və hiperfunksiya pozğunluğu vardı. 48 yaşına qədər eyş-işrətdən qaçdı və xanımı ilə 15 il birlikdə olmadı.
Aqata Kristi ”“ O qədər də qorxulu sayılmayan Fuq xəstəliyindən əziyyət çəkirdi. Bu xəstəliyə mübtəla olanlar real həyatla heç cür uyğunlaşa bilmirlər. Onlar özlərini daim romanlarda, kitab səhifələrində görürlər.
Elmin Nuri





































































































