Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edildi - FOTO
Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edilib.
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən çimərliklərdə istirahət edən vətəndaşlara təhlükəsizlik qaydaları barədə məlumat verilib.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin mütəxəssislərinin iştirakı ilə nazirliyin Bakı, Sumqayıt, Cənub və Şimal regional mərkəzləri tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, Sumqayıt şəhərində, eləcə də Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə maarifləndirmə tədbirləri təşkil edilib.
Tədbirlər zamanı əməkdaşlar vətəndaşlara sularda təhlükəsizlik qaydaları barədə ətraflı məlumat...