Prezident: “Qaz ehtiyatlarımız növbəti yüz ildə lazımi təlabatı ödəməyə kifayət edəcək”
“Azərbaycanın mövcud qaz ehtiyatları, ən azı, növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarının tələbatını ödəməyə kifayət edəcək”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaş ölkələr üçün mühüm tranzit imkanları təqdim edir.
"Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik".
Prezident Azərbaycanın emal sənayesində yüksə...