Aeroportda qayda pozdu - 500 manat cərimələndi

Aeroportda qayda pozdu - 500 manat cərimələndi

Hazırda oxunan: Aeroportda qayda pozdu - 500 manat cərimələndi
616489
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Beynəlxalq Hava Limanında avtomobilinin dövlət qeydiyyat nişanını gizlədən sürücü cərimələnib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxsin minik avtomobilinin nömrəsini gizlətdiyi müəyyənləşib.

Ərazidəki kamera tərəfindən qeydə alınmış görüntü əsasında sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu (nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi) maddəsilə protokol tərtib edilib.

Xəzər Rayon Məhkəməsinin qərarı ilə həmin əmələ yol vermiş sürücü 500 manat cərimə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO