Ötən il və cari ilin ilk 4 ayında Avropaya ümumilikdə 16,7 milyard kubmetr, Türkiyəyə 12,8 milyard kubmetr, Gürcüstana 3,3 milyard kubmetr, Suriyaya isə 800 milyon kubmetr Azərbaycan qazı ilə nəql olunub.
Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Baku Energy Week”dəki çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, neft və qaz sektorunda qlobal investisiya məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanın hasilat sənayesi yeni inkişaf mərhələsinə daxil olur.
"Bu kontekstdə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk sərbəst qaz hasilatına başlanması, “Qarabağ” neft yatağı, “Şahdəniz Kompressiya”, “Abşeron” yatağının tammiqyaslı işlənməsi, “Ümid” II mərhələsi və “Bahar-Qum dəniz” layihələri, həmçinin quruda və dənizdə aparılan kəşfiyyat layihələri, eləcə də Yaxın Şərq, Mərkəzi Asiya və Afrikada SOCAR-ın investisiyaları ölkəmizin uzunmüddətli etibarlı enerji təchizatçısı mövqeyini daha da möhkəmləndirəcək", - deyə nazir əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
15:32 / 01.06.2026
Azərbaycandan Avropaya nəql olunan qazın HƏCMİ AÇIQLANDI
Hazırda oxunan: Azərbaycandan Avropaya nəql olunan qazın HƏCMİ AÇIQLANDI
Hazırda oxunan: Azərbaycandan Avropaya nəql olunan qazın HƏCMİ AÇIQLANDI
616553
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































