Yaxın Şərqdə münaqişənin nizamlanması perspektivləri ilə bağlı qeyri-müəyyənlik fonunda neft qiymətləri yüksəlib.
Bizim.Media xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:12-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 1.89 dollar (2.07%) bahalaşaraq bir barel üçün 93.01 dollar olub.
Əvvəlki sessiyada isə "Brent" markalı neft 1.58 dollar (1.7%) ucuzlaşaraq bir barel üçün 91.12 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 2.21 dollar (2.53%) artaraq bir barel üçün 89.57 dollar olub.
Əvvəlki sessiyada WTI markalı xam neft 1.54 dollar (1.73%) ucuzlaşaraq bir barel üçün 87.36 dollara düşmüşdü.
Bizim.Media




































































































