Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının YENİ STATİSTİKASI

Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının YENİ STATİSTİKASI

Hazırda oxunan: Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının YENİ STATİSTİKASI

616486

Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı yeni statistika açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında əksini tapıb.

Qeyd olunub ki, I Qarabağ müharibəsi zamanı itkin düşmüş, əsir və girov götürülmüş şəxslərlə bağlı ümumilikdə 4 003 nəfər qeydiyyata alınıb. Onlardan 3 221 nəfəri hərbçi, 782 nəfəri isə mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs yer alıb.

Qeydiyyata alınan şəxslərdən 3 714 nəfəri kişi, 289 nəfəri isə qadındır.

Bundan başqa, şəxsiyyəti müəyyən edilən 226 itkin-şəhidin nəşi ailələrinə təhvil verilərək dəfn olunub.

Bildirilib ki, I Qarabağ müharibəsi dövründə əsir və girovluqdan azad edilənlərin sayı 1 702 nəfər təşkil edib. Onlardan 424 nəfəri hərbçi, 1 278 nəfəri isə mülki şəxs olub.
 

Vətən müharibəsi ilə bağlı statistikaya əsasən isə Dövlət Komissiyasında 6 nəfər hərbçi itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.


Həmçinin Vətən müharibəsi zamanı əsir və girovluqdan azad edilənlərin sayı 29 nəfər olub. Onlardan 23 nəfəri hərbçi, 6 nəfəri isə mülki şəxsdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO