“Hər şey mümkündür”: 1 İyun münasibətilə inklüziv inkişafı təşviq edən xüsusi layihə həyata keçirilib

“Hər şey mümkündür”: 1 İyun münasibətilə inklüziv inkişafı təşviq edən xüsusi layihə həyata keçirilib

Hazırda oxunan: “Hər şey mümkündür”: 1 İyun münasibətilə inklüziv inkişafı təşviq edən xüsusi layihə həyata keçirilib

616555

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən “Hər şey mümkündür” layihəsi çərçivəsində inklüziv inkişaf və birgə iştirakı təşviq edən xüsusi tədbir həyata keçirilib.

Tədbir çərçivəsində beynəlxalq səviyyədə tanınan “DanceAbility” metodologiyası əsasında oyun və hərəkət məşğələsi təşkil edilib.

İnteraktiv formatda keçirilən məşğələ zamanı uşaqlar müxtəlif fəaliyyətlər vasitəsilə özlərini ifadə etmək, yaradıcılıqlarını nümayiş etdirmək, komanda ruhunu inkişaf etdirmək və birlikdə öyrənmək imkanı əldə ediblər.
 

Tədbirdə Bir ekosistem əməkdaşlarının övladları ilə yanaşı, Qırmızı Ürəklər Fondunun dəstək göstərdiyi daun sindromlu uşaqlar da daxil olmaqla ümumilikdə 20 uşaq iştirak edib. Fərqli bacarıqlara malik uşaqların bir araya gəldiyi tədbir qarşılıqlı anlayışın, bərabər imkanların və inklüziv dəyərlərin təşviqinə xidmət edib.


Layihənin əsas məqsədi uşaqlar arasında qarşılıqlı ünsiyyətin gücləndirilməsi, sosial inteqrasiyanın təşviqi və fərqli bacarıqlara malik uşaqlar üçün inklüziv mühitdə birgə inkişaf imkanlarının yaradılması olub.

Fond gələcəkdə də uşaqların rifahına, inkişafına və inklüziv mühitdə aktiv iştirakına dəstək verən layihələrin həyata keçirilməsini davam etdirəcək.

Ətraflı məlumat: www.b-b.az/rhhsm  

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır.

Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir.

Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.

Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil ola bilərsiniz.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO