Paşinyana qarşı SUİ-QƏSD CƏHDİ – Həbs edilən var

Paşinyana qarşı SUİ-QƏSD CƏHDİ – Həbs edilən var

Hazırda oxunan: Paşinyana qarşı SUİ-QƏSD CƏHDİ – Həbs edilən var

616561

Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı hazırlanan sui-qəsd cəhdinin üstü açılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, adı açıqlanmayan və yalnız M.M. baş hərfləri ilə təqdim olunan şəxs 2024-cü ildən xaricdə yaşayır.

İstintaqın versiyasına əsasən, o, azı dörd nəfərdən ibarət qrupun tərkibində Paşinyanın siyasi və dövlət fəaliyyəti ilə əlaqədar qətlini planlaşdırıb.
 

Bildirilir ki, şübhəlilər baş nazirin olduğu yerlər və seçkiqabağı kampaniya dövründə hərəkət etdiyi marşrutlar barədə məlumat toplayıblar. Bundan başqa, onlar maska taxaraq Paşinyana qarşı təhdidlərin yer aldığı videomüraciət hazırlayıblar.


İstintaq Komitəsinin açıqlamasında qeyd olunur ki, mayın 16-da həmin şəxslər ümumi istifadə üçün nəzərdə tutulmayan internet resursunun videoyayım sisteminə qanunsuz giriş əldə edərək videomüraciəti yayıblar.

M.M.-yə qarşı dövlət və ya siyasi fəaliyyətlə məşğul olan şəxsin qrup halında qətlə yetirilməsinə hazırlıq maddəsi ilə cinayət işi başlanıb.

Onun barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılıb

Qeyd edək ki, Ermənistanda Milli Assambleyaya seçkilər iyunun 7-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO