Messi milliyə qoşuldu - FOTO

Messi milliyə qoşuldu - FOTO

Hazırda oxunan: Messi milliyə qoşuldu - FOTO

616534

"İnter Mayami" klubunun 38 yaşlı hücumçusu Lionel Messi yüngül zədə səbəbindən Argentina millisinin qarşıdakı yoldaşlıq görüşündə iştirak etməyəcək.

Bizim.Media "ESPN" nəşrinə istinadən xəbər verir ki, dünya çempionu olan komandanın kapitanı artıq yığmanın düşərgəsinə qoşulub.

Argentina millisi iyunun 6-da (Bakı vaxtı ilə iyunun 7-nə keçən gecə) Honduras yığması ilə yoldaşlıq oyunu çərçivəsində qüvvəsini sınayacaq.

Qeyd edək ki, Argentina iyunun 16-da (Bakı vaxtı ilə iyunun 17-də) Dünya Çempionatının qrup mərhələsinin ilk matçında Əlcəzair seçməsi ilə qarşılaşacaq. Messinin aldığı əzələ zədəsinin ciddi olmadığı və onun turnirin startına qədər tam hazır olacağı gözlənilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO