BMT Baş katibindən Azərbaycan Prezidentinə TƏBRİK MƏKTUBU

BMT Baş katibindən Azərbaycan Prezidentinə TƏBRİK MƏKTUBU

Hazırda oxunan: BMT Baş katibindən Azərbaycan Prezidentinə TƏBRİK MƏKTUBU

616506

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
 

Milli günlər ölkələrin keçdiyi yolu, beynəlxalq ictimaiyyətə verdiyi töhfələri və gələcəyini istiqamətləndirən arzuları dəyərləndirmək üçün mühüm fürsətdir. Eyni zamanda, onlar qlobal çağırışların həllində dialoqun və həmrəyliyin əhəmiyyətini bizə xatırladır.


Bu gün dünya təxirəsalınmaz sınaqlarla - müharibələrin sona çatdırılması və yenilərinin qarşısının alınması, iqlim böhranı ilə mübarizə, bərabərsizliklərin azaldılması və güclü texnologiyaların məsuliyyətlə yönləndirilməsi ilə üz-üzədir. Bu və digər çağırışların həlli sülhün, təhlükəsizliyin təmin olunması, Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi və insan hüquqlarının qorunması naminə yenilənmiş əməkdaşlığa, çoxtərəfli tərəfdaşlığa sadiqlik tələb edir.

Bu əlamətdar gün münasibətilə bir daha Azərbaycan Respublikasının xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO