Bakı-Tbilisi-Bakı qatarı onlar üçün PULSUZ olacaq – ADY-dən GÜZƏŞTLƏR
"Azərbaycan Dəmir Yolları"nın Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlarında uşaqlar üçün güzəştli və pulsuz səyahət imkanları tətbiq olunur.
Bizim.Media xəbər verir ki, qurumdan verilən məlumata görə, 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə qatarla pulsuz səyahət edə bilərlər. 5–10 yaş arası uşaqlar üçün isə səyahət sinifi, biletin alınma tarixi və mövsümdən asılı olaraq 50 faizə qədər endirim nəzərdə tutulub.
Bildirilib ki, 5 yaşadək uşaqlar üçün nəzərdə tutulan pulsuz bilet mütləq qaydada rəsmiləşdirilməlidir.
Qaydalara əsasən, uşağın səfəri etibarlılıq müddəti olan pasport əsasında həyata keçirilir. Uşaq yalnız bir valideynlə səyah...