Bu gün rezidenturaya qəbul imtahanı var
Mayın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçiriləcək.
DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahanda 1702 namizəd iştirak edəcək. Onlardan 1308 nəfəri Azərbaycan, 394 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək.
Ərizə verənlərin 700 nəfəri oğlan, 1002 nəfəri isə qızdır. 301 nəfər cari ilin, 760 nəfər əvvəlki illərin məzunudur. 641 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 21 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
Saat 10:00-da başlanacaq imtahan 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına...