Mikayıl Cabbarov Şavkat Mirziyoyevin qəbulunda - FOTO
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında məlumat paylaşıb.
"Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak üçün Özbəkistana səfərimiz zamanı Prezident cənab Şavkat Mirziyoyevin qəbulunda olduq, dövlət başçısı cənab İlham Əliyevin salamlarını çatdırdıq".
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident cənab İlham Əliyevə salamlarını çatdıraraq Azərbaycan – Özbəkistan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə...