“Rusiya və Azərbaycan 2022-ci ilin fevral ayında imzalanmış müttəfiqlik Bəyannaməsinin potensialını tam şəkildə reallaşdırmaq istiqamətində irəliləyirlər”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü Moskvada keçirilən geniş iclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.
“Xarici İşlər Nazirliklərinin rəhbərləri səviyyəsində dialoqumuzu davam etdirmək imkanımız olduğundan məmnunuq. Bu, iki ölkənin prezidentləri və hökumətlər, nazirliklər, agentliklər və parlamentlər arasında müntəzəm əlaqələri gücləndirir. Bütün bunlar göstərir ki, bəzən ortaya çıxan qaçılmaz çətinliklərə baxmayaraq, 22 fevral 2022-ci ildə imzaladığımız müttəfiqlik haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəliləyirik”, - deyə Lavrov bildirib.
Onun sözlərinə görə, bu il tərəflər ümumi faciə (AZAL təyyarəsinin qəzası - red.) ilə bağlı bütün məsələləri həll ediblər.
"Bu gün iqtisadi sahədə əməkdaşlığımızın hazırkı vəziyyətini və perspektivlərini müzakirə edəcəyik. Hökumətlərarası komissiyanın 24-cü iclası bu yaxınlarda, aprel ayında keçirildi. Biz Cənubi Qafqazdakı vəziyyəti mütləq müzakirə edəcəyik. 3+3 regional əməkdaşlıq platformasına artan marağın olduğunu qeyd etdik. Buna görə də bu gün məhsuldar danışıqları səbirsizliklə gözləyirəm", - deyə o qeyd edib.
Lavrov vurğulayıb ki, humanitar sahə ənənəvi olaraq Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin mühüm elementi olub:
"Biz beynəlxalq platformalarda əlaqələrimiz və əməkdaşlığımız da daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün regional və beynəlxalq məsələləri müzakirə etməyə hazırıq".
Bizim.Media































































































