Hava proqnozu DƏYİŞDİ: Şimşək çaxacaq, rayonlara dolu düşəcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, iyulun 18-də mülayim şimal-qərb küləyi əsəcək və havanın temperaturu gecə 22-26° isti, gündüz 30-35° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı...