Fransa hakimiyyəti Rusiyanın Fransadakı müvəqqəti işlər vəkili Aleksandr Zezyulinə Fransaya qarşı iddia edilən kiberhücumlarla bağlı Rusiyaya qarşı ittihamlar təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Parisdəki səfirliyinə istinadən “RİA Novosti” məlumat yayıb.
“Rusiyanın Fransadakı müvəqqəti işlər vəkili A.N. Zezyulin Fransa XİN-ə dəvət olunub və orada ona Rusiya tərəfinin Fransaya qarşı kiberhücumlarda əli olduğu barədə ittihamlar təqdim edilib”, — deyə diplomatik nümayəndəlikdən bildirilib.
Qeyd edək ki, iyulun 13-də Niderland Xarici İşlər Nazirliyi də Rusiyanın maraqları naminə fəaliyyət göstərən kiberhücumları müzakirə etmək üçün Rusiya səfirini nazirliyə çağırmışdı.
Bizim.Media







































































































