Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları Emil Faiq oğlu Kazımov, Cabbar Məmmədrza oğlu Məmmədov, Habil Hüseyn oğlu Əliyev, Fuad İlqar oğlu Babayev və Kənan Əli oğlu Quliyev Rusiyadan Azərbaycana ekstradisiya olunub.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Emil Kazımovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq, Cabbar Məmmədovun təkrar dələduzluq, Habil Əliyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla törədilən oğurluq, Fuad Babayev və Kənan Quliyevin isə bir qrup şəxs halında silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor...