2026-cı ildə bu universitetlər magistr qəbul etməyəcək

2026-cı ildə bu universitetlər magistr qəbul etməyəcək

Hazırda oxunan: 2026-cı ildə bu universitetlər magistr qəbul etməyəcək
626800
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Qızlar Universiteti və Naxçıvan Müəllimlər İnstitutu 2026-cı ildə magistraturaya qəbul aparmayacaq.

Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi saytında yer alan statistikaya görə, Bakı Qızlar Universitetində 2025-ci il üzrə magistraturaya qəbul planı 50 yer olduğu halda, 2026-cı ildə bu göstərici 0-a enib.

Naxçıvan Müəllimlər İnstitutunda isə qəbul planı 30 yerdən 0-a düşüb. Hər iki ali təhsil müəssisəsində qəbul planı üzrə azalma 100 faiz təşkil edib.
 

Ümumilikdə, 2026-cı ildə Azərbaycanın ali təhsil müəssisələri üzrə magistraturaya qəbul planı əvvəlki illə müqayisədə 840 yer və ya 4,82 faiz artıb. Belə ki, 2025-ci ildə magistraturaya qəbul üzrə ümumi plan 16 848 yer olduğu halda, 2026-cı ildə bu göstərici 17 688 yerə çatıb.


Bununla yanaşı, dövlət sifarişi üzrə qəbul planında azalma qeydə alınıb. 2025-ci ildə dövlət sifarişi üzrə plan 7 084 yer olduğu halda, 2026-cı ildə bu rəqəm 7 022 yer təşkil edib. Beləliklə, dövlət sifarişi üzrə plan yerləri bir il ərzində 62 yer və ya 0,88 faiz azalıb.

DİM-in məlumatına əsasən, 2026-cı ildə keçirilən magistratura imtahanlarında ümumilikdə 27 859 bakalavr iştirak edib. 2025-ci ildə isə bu göstərici 26 241 nəfər olub.

Beləliklə, imtahan iştirakçılarının sayı bir il ərzində 1 618 nəfər və ya təxminən 6,2 faiz artıb.
2026-cı ildə imtahan iştirakçılarının orta balı 45,90 olub. Ötən il bu göstərici 48,26 bal təşkil edib. Bu isə orta nəticənin 2,36 bal və ya təxminən 4,9 faiz azalması deməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO