Hakan Fidan: Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalanacaq
Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair keçirilən brifinq zamanı deyib.
"Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasına ümid edir", - o bildirib.
H. Fidanın sözlərinə görə, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasının iqtisadi faydaları var:
"Orta Dəhlizinin həyata keçirilməsində bölgəmizin rolu son dərəcə önəmlidir. Çünki Cənubi Qafqazdakı stabillik bu dəhlizin təhlükəsizliyi baxımdan önəmlidir. Zəngəzur dəhlizi Türkiyə üçün ço...