Prezidentdən MÜRACİƏT - "Ancaq özümüzə və dövlətə güvənməliyik" - VİDEO
“23 il ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalq yaxşı bilir”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
"23 ilə yaxındır, prezident kürsüsündəyəm, bu illər ərzində Azərbaycan haradan haraya gəlib, bunu xalqımız yaxşı bilir. Azərbaycan xalqına bir çox müraciətlərim olub, həm işğal, həm müharibə dövründə, həm müharibədən sonra. Əlbəttə, məzmunca bu müraciətlər fərqli olub, çünki fərqli situasiyada idik.
İşğal dövründə müraciətim, keçmiş köçkünlərlə ço...