Təhsilin dünyəviliyinin KONSTİTUSİON ƏSASLARI
Məktəblərdə vahid geyim formasının tətbiqi müzakirə edilərkən tez-tez Konstitusiyanın vicdan azadlığını təmin edən 48-ci maddəsinə istinad olunur. Xüsusilə də, vahid geyim formasının tətbiqinə qarşı çıxış edənlərin əksəriyyəti sözügedən tələblərin Konstitusiyamızın 48-ci maddəsinə (Vicdan azadlığı) zidd olduğunu iddia edirlər.
Bu arqumenti irəli sürənlərin fikrincə, hər kəsin dini etiqad azadlığı varsa, şagirdlərin məktəbə dini geyimdə gəlməsinə qoyulan məhdudiyyət həmin hüququn pozulmasıdır.
Lakin məsələni yalnız bir konstitusion müddəa əsasında qiymətləndirmək düzgün deyil. Çünki Azərbaycan Konstitusiyası vicdan azadlığı ilə yanaşı, dövlətin dünyəvi xarakterini və d...