Şavkat Mirziyoyev: “İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir”
Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkilinə və bizə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirirəm.
Bizim.Media xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) Liderlər sessiyasındakı çıxışı zamanı deyib.
Özbəkistan lideri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xüsusilə Qarabağ sürətli və genişmiqyaslı inkişaf yolu keçir:
"Qısa müddət ərzində azad edilmiş ərazilərdə şəhərlər bərpa olunub, yeni yaşayış məntəq...