Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən MÜHÜM QƏRAR
Ali Məhkəmənin Mülki kollegiyası müəlliflik hüququ ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Bu barədə Bizim.Media-ya Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, işin hallarına görə, iddiaçı (Gildiya) audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatı cavabdeh şirkətin audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasında istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal etdiyini bildirərək, cavabdehin üzərinə iddiaçı ilə müqavilə bağlanılması öhdəliyi qoyulmasını və qanunvericilikdə nəzərdə tutulmuş qonorarın tutulmasını tələb edir.
Cavabdeh isə iddiaya etiraz...