İlham Əliyev Efiopiyanın Baş nazirini TƏBRİK ETDİ
Azərbaycan Prezidenti İlham Əliyev Efiopiyanın Baş naziri Abiy Əhməd Əliyə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:
"Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Efiopiya arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
Fevral ayında Azərbaycana səfəriniz çərçivəsində Sizinlə məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri yüksək qiymətləndirirəm. Səfər əsnasında Azərbaycan-Efiopiya əlaqələrinin gələcək fəaliyyət istiqamətlər...