“Turan Tovuz” müdafiəçisi Hayderson Hurtado ilə müqavilə müddətini artırıb.
Bizim.Media xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabında məlumat verib.
Yeni müqaviləyə əsasən, Hurtado 2029-cu il iyunun 30-na qədər “Turan Tovuz”da çıxış edəcək.
Qeyd edək ki, kolumbiyalı futbolçu 2025-ci ildən Tovuz klubunun formasını geyinir. 30 yaşlı futbolçu “Kaskavel”, “Parana”, “Sered”, “Azuriz”, “Yablonets” kimi klublarda çıxış edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:46 / 27.05.2026
“Turan Tovuz” kolumbiyalı legionerlə müqaviləni uzatdı
Hazırda oxunan: “Turan Tovuz” kolumbiyalı legionerlə müqaviləni uzatdı
Hazırda oxunan: “Turan Tovuz” kolumbiyalı legionerlə müqaviləni uzatdı
615757
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































