"Avroviziya 2023"də Azərbaycan təmsilçiləri 12-ci nömrə altında çıxış edəcək

Hazırda oxunan: "Avroviziya 2023"də Azərbaycan təmsilçiləri 12-ci nömrə altında çıxış edəcək

615156

"Avroviziya 2023"də Azərbaycan təmsilçiləri 12-ci nömrə altında çıxış edəcək.

Bu barədə İctimai Televiziyadan məlumat verilib.

Qeyd olunub ki, yarımfinal mərhələsi iki hissədən ibarət olacaq. Azərbaycan ikinci hissədə 12 nömrə altında səhnəyə çıxacaq.

Azərbaycanla yanaşı birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə də çıxış edəcək.

Xatırladaq ki, ölkəmizi bu il müsabiqədə TuralTuranX dueti "Tell me more" mahnısı ilə təmsil edəcək.

Müsabiqə 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO