
- A-
- A
- A+
Şou-biznes
15:17 / 01.03.2016
1 dəq oxunma
"Mənə isti-soyuğu yoxdur..." - Natavandan Aygünə
Hazırda oxunan: "Mənə isti-soyuğu yoxdur..." - Natavandan Aygünə
124306
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Müğənni Natavan Həbibi Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.
Sevilən ifaçı özü haqda gəzən söz-söhbətlərdən danışıb: "Nə edirəmsə, düz edirəm. Heç vaxt səhv etmərəm. Mənim addımıma şübhə ilə baxanların özləri sonradan böyük bir səhv eləyirlər. Barəmdəki söz-söhbətlər mənə pis təsir edir. Səviyyəsi, tərbiyəsi, mənliyi olan insan belə hərəkət etməz".
Sənətçi, rəfiqələri Oksana və İlhamə ilə aralarında yaranan soyuqluqdan danışıb: "Hamıya deyirəm ki, bir-birinizə hörmət etməyi bacarın. Bizdə nədən başladı? Bir-birimizə hörmətsizlikdən başladı. Biz Toliklə barışdıq, o qədər adamın sifəti çöndü ki. Dedilər ki, niyə barışdınız? Mən indi bilirəm ki, barışmaq lazımdır. Çünki bizdə şou-biznes qalmaqalı səviyyəsində deyildi söhbət, ciddi məsələ idi".
Tanınmış müğənni, Aygün Kazımova ilə aralarında uzun müddətdir davam edən qalmaqal haqda fikirlərini açıqlayıb: "Digərlərinin mənə isti-soyuğu yoxdur. Onun mənim həyatımda heç biri yeri olmadığı üçün, önəmsizdir. Biz heç vaxt yaxın olmamışıq. Bir-birimizdən nə qədər uzaq olsaq, sussaq, bir-birimizə dəyməsək, o qədər yaxşıdır".xa0
İfaçı yeni yaradıcılıq işləri barədə məlumat verib: "Yeni mahnım 2014-cü ildə hazırlanıb, öz bəstəmdir. Öz mahnım olduğuna görə üzə çıxarmağa çəkinirdim. Özümdən başqa heç kimə mahnı yazmaram. Mahnı məsələsində çox qısqanc və paxılam".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən






























































































