Əməkdar artist Elza Seyidcahan yazdığı şeirlərə don geyindirənlərin əlindən boğaza yığılıb. Moderator.az xəbər verir ki, "ATV magazin onlarla" verilişində Elza Seyidcahan uzaqlara getmək sevdasına düşüb.
"Damla-damla məhəbbəti qazanmışam, mənə çamur ata bilməzsiniz. Mələk qəlbli, pak bir xanımam. Simamdan görünür ki, Elza necə bir xanımdır. Bu qalmaqallardan yorulmuşma. Deyirəm ki, gedim bir tərki-dünya olum, oturum bir kənddə. Bir bağçalı evim olsun oturum yazım-yaradım orada. Çıxıb gedəcəyəm onsuz da".

































































































