Qənirə Paşayeva ölkəmizdəki səfir xanımlarıyla bir arada  - FOTOLAR

Qənirə Paşayeva ölkəmizdəki səfir xanımlarıyla bir arada - FOTOLAR

Hazırda oxunan: Qənirə Paşayeva ölkəmizdəki səfir xanımlarıyla bir arada - FOTOLAR
99752
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərlərinin xanımlarının təşkilatının (“HOMS”x9d) dəvəti ilə təşkilatın toplantısında iştirak və çıxış edən millət vəkili Qənirə xa0Paşayeva quruma yeni rəhbərliyə gələn Pakistanın ölkəmizdəki səfiri X.Osman Qayserin xanımı Asima Qayseri təbrik edib.xa0

Xanım Asima Qayser millət vəkili Qənirə Paşayeva təşəkkür edərək təşkilatın özəl hədiyyəsini təqdim edib və bundan sonra da hər zaman təşkilatla əməkdaşlıq edəcəyini və xa0dəstəyini əsirgəməyəcəyinə inandığını deyib. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərlərinin xanımlarının təşkilatının (“HOMS”x9d) hər il keçirdiyi xeyriyyə yarmarkası, İçərişəhərdə 30-dan artıq ölkə nümayəndəsinin iştirak etdyi, hər bir ölkənin milli sənətkarlıq nümunələri, əl işi suvenirləri və mətbəx nümunələrinin sərgi-satışı, həmçinin milli musiqi və rəqslər nümayiş olunduğu tədbirlərin, xeyriyyə tədbirlərinin gözəl addım olduğunu bildirib və xanımlara bu istiqamətdə fəaliyyətlərində xa0uğurlar arzulayıb.xa0

Ölkəmizin müstəqillik əldə etdikdən sonra keçdiyi yol, əldə etdiyi nailiyyətlər, Azərbaycan qadınlarının cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində ölkəmizdə görülən işlər, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verən millət vəkili Qənirə Paşayeva Azərbaycanın bu gün multukulturalizm sahəsində dünyanın bir çox ölkələrinə gözəl örnək olduğunu deyib. Azərbaycanda müxtəlif xa0xalqların və dini icmaların təmsilçilərinin hər zaman mehriban yaşadığını deyən millət vəkili xa0Qənirə Paşayeva xa0ölkə rəhbərliyinin yeritdiyi siyasətdə bu məsələyə hər zaman böyük önəm verildiyini xüsusi vurğulayıb.xa0
Millət vəkili təşkilatın bölgələrdə məktəblilərin, böyüyən gənclərin müxtəlif ölkələri, onların mədəniyyətini daha yaxşı bilməsi üçün tədbirlərin, görüşlərin və onlara, məktəblərə, kitabxanalara ölkələrlə bağlı kitabların, materialların, filmlərin hədiyyə edilməsinin önəmindən danışıb və təkliflə çıxış edib. O, təmsil etdiyi Tovuz rayonuna xanımları dəvət edərək orada bu cür görüşlərin gənclər üçün önəmindən danışıb. Millət vəkilinin təklifləri səfir xanımları tərəfindən müsbət qiyməntləndirilib. Q.Paşayeva tədbir çərçivəsndə bir sıra ölkələrin səfir xanımları ilə geniş müzakirələr də aparıb.

Qənirə Paşayeva ölkəmizdəki səfir xanımlarıyla bir arada <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8134.jpg">Qənirə Paşayeva ölkəmizdəki səfir xanımlarıyla bir arada <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8135.jpg">Qənirə Paşayeva ölkəmizdəki səfir xanımlarıyla bir arada <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8136.jpg">Qənirə Paşayeva ölkəmizdəki səfir xanımlarıyla bir arada <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8137.jpg">Qənirə Paşayeva ölkəmizdəki səfir xanımlarıyla bir arada <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/8138.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO